![]() |
|||||||||||||||||||
Sirab mineral su yatağı Azərbaycan Respublikası Naxçıvan MR-nın şimal-şərqində Babək rayononun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14.6 km şimal – şərqdə, dağ ətəyində yerləşir. “Sirab” mineral su yatağı əsasən 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Həmin hövzələr Şorsudərə, Kəlbəağıl və Kütandağ mineral su hövzələridir. Qədim zamanlardan indiyədək Sirab mineral suyundan həm içmək, həm də müalicə məqsədləri üçün istifadə ediblər. “Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. Bu məqsədlə 2 saylı quyu 1950-ci illərdə Azərbaycan geologiya idarəsi tərəfindən qazılmışdır. Sirab mineral suyu fərdi olaraq qədim zamanlardan istifadə olunur. Kütləvi şəkildə isə suyun istifadəsinə 1950-1951-ci illərdən, “Sirab” mineral sudoldurma sexi tikildikdən sonra başlanılmışdır. Bu illərdə Yerli istehsal Şurası Sirab mineral su yatağı bazası əsasında sudoldurma sexinin salınmasının əsas təşəbbüskarı olmuşdur. 1960-1964-cü illərdə “Sirab” mineral su yatağında dəqiq geologi kəşfiyyat işləri aparılmış, üç tip su aşkar edilmiş, ilk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olunan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Yeni tikilmiş “Sirab” mineral su doldurma zavodu əvvəlki hövzədən, yəni Şorsudərəsindəki 8 №- li quyunun “Sirab–8“ hidrokarbonatlı natriumlu suyundan istifadə etməyib, Kəlbəağıl hövzəsindəki “Sirab–12“ quyusunun suyunu istehsal edib, kütləvi istifadəyə verdi. 1983-cü ildə “Sirab” mineral su yatağında Şorsudərə ərazisində 1-k və 3/83 quyuları qazılmışdır. Əsas məqsəd karbonqazlı, yeni tipli mineral su almaq idi. 1982-ci ildə “Sirab” mineral su zavodunun sifarişi ilə 2-k/82 N-li quyu “Azərbminsugeokaptaj” respublika ekspedisiyası tərəfindən qazılmışdır.
Quyunun qazılmasında əsas məqsəd mineral suyun yer səthinə sərbəst çıxmasını təmin etmək və suyun israfçılıqla istifadəsini məhdudlaşdırmaqdan ibarət idi. 2-k/82 N-li quyu 12 saylı quyudan 25 m məsafədə qazılmış və 250 m dərinlikdə debiti 1250 m3/sutka olmuşdur. “Sirab” mineral su zavodu keçmişdə Naxçıvan MR-nin və Azərbaycan SSR-in iqtisadiyyatında önəmli yerlərdən birini tutmuşdur. “Sirab” mineral suyu keçmiş SSRİ dönəmində öz əhəmiyyətinə və tərkibinə görə mühüm yer tuturdu. Sirab mineral suyuna keçmiş Sovet respublikalarında böyük tələbat var idi ki, bunun da əsas səbəbi “Sirab“ mineral suyunun süfrə suyu olmaqla yanaşı həm də müalicəvi əhəmiyyətə malik olması idi. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq müəssisələrin iqtisadi əlaqələrinin pozulması nəticəsində “Sirab” mineral su zavodunun istehsal gücü tam sürətlə aşağı düşmüşdür ki, bunun da əsas səbəbi Naxçıvan MR – nin blokada şəraitində yaşaması olmuşdur. “Sirab” mineral su zavodunun fəaliyyəti dayandığından uzun illər baxımsız qalaraq, zavodda olan avadanlıqlar tam olaraq sıradan çıxmışdır.
Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığın inkişaf etdirilməsi üçün böyük əməyi olmuşdur. Bunun nəticəsidir ki, “Sirab” mineral su zavodu Naxçıvan MR, İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə 14 iyul 2003-cü ildə Açıq Səhmdar Cəmiyyətinə çevirilmişdir. Babək “Sirab“ ASC-nə çevrildiyi ilk gündən zavodda tə`mir - tikinti işlərinin layihə smeta sənədləri hazırlanmış və demək olar ki, nəzərdə tutulmuş işlər 100% yerinə yetirilmişdir. Zavod Səhmdar Cəmiyyətə çevrildikdən sonra zavodda yenidənqurma işləri aparılmış, sex binası, inzibati bina, köməkçi sexlər təmir və ya bərpa edilmişdir. Babək “Sirab” ASC-i bir sıra Avropa firmaları ilə əlaqə yaradaraq yeni, müasir avadanlıqlar almışdır. Hal-hazırda zavodda məhsul istehsal edən iki sex fəaliyyət göstərir. Həmin sexlərdə 5 texnoloji xətt quraşdırılmışdır. Bu texnoloji xəttlərdə standartlara uyğun olaraq müxtəlif çeşidlərdə o, cümlədən 1-ci sexdə 0.33 lt və 0.5 lt yivli qapaqlı şüşə butulkalara, 2-ci sexdə isə 0.25 lt , 0.5 lt, 1 lt və 1.5 lt Pet butulkalara “Sirab” mineral suyu doldurulur. Həmin xəttlərdə dünya standartlarına uyğun olaraq keyfiyyətli məhsul istehsal olunur. Babək “Sirab” ASC 2005-ci il may ayında İsveçrənin Cenevrə şəhərində “Biznezdə Yüksək Keyfiyyətə görə “ qızıl medalına layiq görülmüşdür. Həmçinin Babək “Sirab” ASC 2008-ci ilin fevral ayında İSO 9001:2000 beynəlxalq sertifikatını almışdır. Cəmiyyətin gələcəkdə qarşısına qoyduğu məqsədlər bunlardır:
|
|||||||||||||||||||